6.01.2021-ci tarixində layihə iştirakçıları; həm şagirdlər, həm də müəllimlər tanışlıq görüşündə iştirak etdilər. Şagirdlər özləri haqqında ingiliscə məlumat verdilər. Ortaq yaradıcısı olduğum layihənin yanvar ayı ərzində görüləcək işləri müzakirə olundu. Həmçinin layihə iştirakçılarına "e-safety" qaydaları təqdim olundu. Hər bir şeydən öncə güvənliyimiz gəlir. Bunun üçün də bu qaydaları bilmək və riayət etmək önəmlidir. Həm şagirdlər, həm də müəllimlər maraqlı ideyalar təklif etdi. Biz əminik ki, bu ideyalar layihənin uğurlu olmasında böyük rol oynayacaq.



Комментариев нет:
Отправить комментарий