четверг, 15 июня 2023 г.

Aynurə Yüzbəy/"Oynasın minikler, kaynaşsın kültürler" layihəsi

 Mədəniyyətə cəmiyyətləri istiqamətləndirən elementlər daxildir. Mədəniyyətlər arasında oyunlar mühüm yer tutur. Oyunlar uşaqların şəxsi və sosial inkişafı üçün zəruri vasitə olmaqla yanaşı, həm də mədəni dəyərləri ehtiva edir. Ona görə də mədəniyyətlərarası qarşılıqlı əlaqənin artırılması və mədəni müxtəlifliyə töhfə vermək müasir dünyada bir zərurət kimi qarşımızda dayanır. Bu layihə ilə müxtəlif ölkələrdən olan 5-9 yaş arası şagirdlərin müxtəlif ənənəvi oyunlarla rəqəmsal dünyadan bir az da uzaqlaşaraq aktiv öyrənməyə əsaslanan ənənəvi oyunlara üz tutmaları hədəflənir. Beləliklə, aktiv öyrənmə yolu ilə yaşayaraq öyrənən uşaqlar ənənəvi oyunlar və mədəniyyətlər arasında körpülərin qurulmasına da təşəbbüs göstərəcəklər. 







Köşe kapmaca oyunu

суббота, 24 декабря 2022 г.

Şamaxı regional konfrans

 Dekabrın 19-21 aralığında Şamaxıda təşkil olunmuş eTwinning regional konfransında iştirak etdim. Bu konfransda maraqlı təlimlər, təqdimatlar, yarışlar təşkil olunmuşdu. Konfrans müddətində həm əyləndik həm də öyrəndik. Müxtəlif regionlardan gələn müəllimlərlə əməkdaşlıq etdik. 









вторник, 13 декабря 2022 г.

"Etvininq məktəbi" görüş

 Məktəbin müəllimləri bu il "Etvininq məktəbinə" müraciət etmək üçün görüş keçirdi. Görüşdə qarşıda duran məsələlər, görüləcək işlər müzakirə olundu. Həmçinin müəllimlər təcrübə mübadiləsi apararaq, çətin məqamları müzakirə etdilər. Məktəbimiz 2020-ci ildə bu ada layiq görülüb. Lakin biz məktəbimizin inkişafı üçün yenidən müraciət etməyi, uğur qazanmağı əsas məqsədə çevirmişik.





Aynurə Yüzbəy/"Oynasın minikler, kaynaşsın kültürler" layihəsi

  Mədəniyyətə cəmiyyətləri istiqamətləndirən elementlər daxildir. Mədəniyyətlər arasında oyunlar mühüm yer tutur. Oyunlar uşaqların şəxsi və...